“Titanik”in kapitanı Bernard Hill öldü

“Titanik” və “Üzüklərin hökmdarı” filmlərindəki obrazları ilə tanınan məşhur aktyor Bernard Hill 79 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, aktyorun meneceri onun bu səhər öldüyünü təsdiqləyib.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ingilis əsilli aktyor 1944-cü ildə anadan olub. B.Hill aktyor karyerasına 1970-ci illərdə başlayıb. O, daha çox “Titanik” filmində canlandırdığı Kapitan Edvard Smit, “üzüklərin hökmdarı” trilogiyasında isə Kral Teoden rolları ilə tanınır.

Əliyar Xəlil
Globalinfo.az