Mirzoyan Macarıstana gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki,  mayın 6-da Ermənistan XİN rəhbəri Mirzoyan Macarıstana rəsmi səfər edəcək. Səfər çərçivəsində Ararat Mirzoyan Macarıstanın yüksək səviyyəli rəsmiləri, o cümlədən XİN rəhbəri Peter Siyarto ilə görüşlər keçirəcək.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.