İsrail məşhur kanalın fəaliyyətini qadağan etdi

İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının ölkə ərazisində fəaliyyətini qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin baş nazir Benyamin Netanyahu “X” hesabında məlumat yayıb.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, – o qeyd edib.

Xatırladaq ki, İsrail Knesseti (parlamenti) bir müddət əvvəl ikinci və üçüncü yekun oxunuşlarda ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanunu təsdiqləyib.