Golan təpələri hədəf alındı: İsrail Suriya və Livanı vurdu

İsrail Hava Qüvvələri Suriya və Livana hava hücumu həyata keçirib. 

Globalinfo.az xəbər verir ki, Tel Əviv Golan Təpələrinə edilən hücuma qarşılıq olaraq Suriyanın hədəf alındığını açıqlayıb.

Livanda isə Hizbullah qruplaşmasının mövqelərinin hədəf alındığı bildirilib. Qruplaşmanın bir çox mövqelərinin məhv edildiyi qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az