1723115197 5622

Ukrayna Kursk vilayətinin Suca şəhərində Rusiya əsgərlərinin təslim olma anının görüntülərini yayıb.

Globalinfo.az xəbər verir ki, video Rusiya Müdafiə Nazirliyinin sözügedən ərazidə Ukrayna ordusunun irəliləməsinin qarşısının alındığına dair açıqlamasından sonra paylaşılıb.

Məlumata görə, ötən gecədən etibarən Ukrayna ordusu Kurskda daha da irəliləyib. Suca istiqamətində yerləşən Rusiya mövqeləri aktiv şəkildə hava hücumuna məruz qalıb. Nəticədə rus əsgərlərinin bir qismi təslim olub və əsir götürülüb.

Əməliyyatı Ukrayna Hərbi Hava Qüvvələrinin 14 alayı həyata keçirib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasından dərhal sonra isə görüntülər sosial şəbəkələrə sızdırılıb.

Qeyd edək ki, V.Gerasimov bundan öncə Kursk vilayətində Ukrayna ordusunun dayandırıldığını iddia etmişdi.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: