owl detail 620 f0f5c18ce06ed9c2e92fe774402ba38c

Rusiyanın Ural vilayətinin Ziqalqa Milli Parkında Qırmızı Kitaba daxil edilmiş nadir, cavanlaşdırıcı göbələk aşkar edilib.

Globalinfo.az xəbər verir ki, söhbət “cadugər qazanı” kimi tanınan Sarcosoma globulosa göbələyindən gedir.

Bildirilir ki, onun tərkibindəki “torpaq yağı” kimi tanınan maddə cavanlaşdırıcı təsirə malikdir. İddia edilir ki, yağ və amin turşuları ilə zəngin olan bu maddə kollagen istehsalını stimullaşdırır, sinir gərginliyini aradan qaldırır və oynaqların fəaliyyətini yaxşılaşdırır.

Lakin alimlər “gənclik mənbəyi” ləqəbini alan göbələyin bu xüsusiyyətlərinin hələ elmi cəhətdən sübut olunmadığını vurğulayırlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: