6593bc172cdc86593bc172cdc917041807591af654915c4e47db771c972d01759d14

Gəncədə silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan patron darağı götürülüb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Paylaş: