Gədəbəydə ər-arvad dəm qazından öldü

Gədəbəydə ər-arvad dəm qazından boğularaq ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri Moruxlu kəndindəki evlərində aşkar edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.