G20 sammitində Argentina prezidentinin səhhəti pisləşdi

Balidə keçirilən G20 sammitinin açılışından sonra Argentina Prezidenti Alberto Fernandesin halı pisləşib.

Globalinfo.az bildirir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Argentina Prezidenti Alberto Fernandes yüksək təzyiq və başgicəllənmədən şikayət edib. Bununla əlaqədar onun müayinədən keçirilməsi qərara alınıb”, – məlumatda bildirilib.