67d9b9889094767d9b98890948174232205667d9b9889094567d9b98890946

Füzuli sakinləri Novruzun gəlişini öz yurdlarında böyük coşqu ilə qarşılayıb, Torpaq Çərşənbəsində bir araya gəliblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri qazilər, hüquq mühafizə orqanı əməkdaşları iştirak edib.​

Öncə şəhidlərin xatirəsi sükutla anılıb, himn səsləndirilib Şəhər Mərkəzində sərgilənən yarmarkada Füzuli sakinlərinin hazırladıqları əl işləri və mətbəx nümunələri sərgilənib. Hər bir ailəyə ruzi bərəkət​ sevinc arzulanıb.

Bildirilib ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbəyə nail olan ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib və Novruzun gəlişi azad olunan torpaqlarımızda ruh yüksəkliyi ilə qeyd olunur. Tədbir​ incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.​ Bir-birindən şən mahnılar səsləndirilib. Musiqi sədaları altında ​Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin rəqs ansamblı ilə birlikdə bayram iştirakçıları rəqsə qoşulub. Həmçinin İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb ətrafında yallı rəqsi oynayıblar.

67d9b988833d167d9b988833d2174232205667d9b988833ce67d9b988833d0 67d9b9887532267d9b98875323174232205667d9b9887531f67d9b98875321 67d9b9886798d67d9b9886798e174232205667d9b9886798a67d9b9886798c 67d9b98859c8067d9b98859c81174232205667d9b98859c7d67d9b98859c7f 67d9b9884c67267d9b9884c673174232205667d9b9884c67067d9b9884c671 67d9b9883cf4167d9b9883cf42174232205667d9b9883cf3f67d9b9883cf40 67d9b988a15fc67d9b988a15fd174232205667d9b988a15f967d9b988a15fb

Paylaş: