Filarmoniya əməliyyatının şok detalları: Yeyintinin başvermə səbəbləri açıqlandı – VİDEO

flarmoniya emeliyyat

14:35

Ölkədə vaxtaşırı antikorrupsiya tədbirləri keçirilir. Bu tədbirlər hər sahədə aparılır – mədəniyyətdən tutmuş, iqtisadiyyata, səhiyyədən təhsilə qədər. Görünən budur ki, korrupsiya ocaqları tam söndürülməyib.

Sonuncu antikorrupsiya əməliyyatı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirildi. İlk baxışdan filarmoniya kimi gözdən və könüldən iraq bir müəssisədə hansısa korrupsiya əməlinin olması çoxlarının ağlına gəlməzdi. Amma ayrılan vəsaitlərin korrupsiya yemi olduğu artıq heç bir təşkilatda istisna deyil. Filarmoniyada keçirilən antikorrupsiya tədbirləri bunun əyani sübutudur. Görünür, bundan sonra həmin təşkilatla bağlı ciddi tədbirlər görüləcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, ölkədə baş verən korrupsiya hallarının bir neçə səbəbi var.

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az