
REKLAM BANNERİ
ABŞ Konqresi FIFA prezidenti Canni İnfantinodan ABŞ Prezidenti Donald Trampla münasibətləri barədə ətraflı məlumat təqdim etməsini istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Qeyd olunur ki, Nümayəndələr Palatasının demokrat üzvü Ceymi Raskin İnfantinodan Trampa və onun yaxın ətrafına təqdim edilən bütün qiymətli əşyaların siyahısını açıqlamağı tələb edib.
Əlaqəli xəbər
Qəzada yaralananlar üçün 40 çarpayı ayrıldı – RƏSMİ
Sorğuya nağd pul köçürmələri, hədiyyələr, mükafatlar və digər maddi dəyəri olan təqdimatlar daxildir. Bundan əlavə, Raskin FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinə giriş-çıxış qeydlərinin də təqdim olunmasını istəyib. Məqsəd FIFA rəhbərliyi ilə Trampın komandası arasında mümkün əlaqələrin araşdırılmasıdır.
Tahir Turan
Globalinfo.az