Fərdadan Elməddinlə bağlı qəribə QADAĞA

Yumor ustası Fərda Xudaverdiyev “Tarixin bir günü” verilişində qonaq olub.

Globalinfo.az “Axşam.az”a istinadla xəbər verir ki, o, aktyor Elməddin Cəfərovla aralarındakı gərginliklə bağlı sualı cavablayıb.

O, aparıcılara qadağa qoyduğunu deyib.

“Elməddinin konsertində iştirak etməmişdim. Aramızda soyuqluq yaranan dostlarımızla əlaqə saxlamağa çalışdım ki, yeni-yeni efirə ayaq açanlar kimi burada həll etməyək. Aramızdakı bağları qoparmamaq üçün onlara bir-bir zəng vurdum. Allah şahiddir. Bu, yaşanan xatirələrə hörmətdir. Dəfələrlə zəng etdim, amma cavab ala bilmədim. Bütün aparıcılardan tələb edirəm, olmadığım məkanlarda həmkarlarıma məndən sual verməyin”.