Türkiyənin “Fənərbaxça” klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Globalinfo.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın “Olimpik Lion” klubunu məğlub edərək bu uğura imza atıb.
“Sarı-lacivərdli” komandaya qələbə gətirən qolları 24-cü dəqiqədə Vedat Muriqi və 28-ci dəqiqədə Arçi Braun vurublar. “Lion”un heyətində isə 61-ci dəqiqədə Fofana fərqlənib.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk matç 1:1 hesabı ilə başa çatmışdı.
Xatırladaq ki, “Fənərbaxça” sonuncu dəfə Çempionlar Liqasının qrup mərhələsində 2008-2009-cu illər mövsümündə mübarizə aparıb.