Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Globalinfo.az bildirir ki, bu barədə, o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.

Ersin Tatar, həmçinin Türk dünyasının bir olmasının vacibliyini də vurğulayıb.