makron meqale 2 290924

“Fransa Prezidenti Emmanuel Makronun adamlarının Bakıda istintaqa cəlb olunması Avropada korrupsiya faktlarının olduğunu bir daha ortaya çıxarır və əslində bu, təəccüblü deyil. Çünki biz xüsusilə erməni diasporu/lobbisinin fəaliyyətində bu kimi halların olduğunu bilirik”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Fransa Prezidenti Emmanuel Makronun adamlarının Bakıda istintaqa cəlb olunmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ermənilər avropalı siyasətçiləri məhz rüşvət və dəstəklə ələ alıb, Azərbaycana qarşı istifadə edirlər:

“Fransa Prezidenti Emmanuel Makron, belə demək mümkünsə, ermənilərin ən böyük “müştərilərindəndir”.

Makronun ermənidən çox ermənilik etməsinin bir səbəbi Fransadakı erməni icmasının seçkilərdə dəstəyini qazanmaqdırsa, digər səbəbi məhz korrupsiyadır.

Onun Murad Papazyana “hesabat” verməsi haqda yayılan məlumatlar da bunu təsdiq edir. Yəni məsələ təkcə erməni icmasının səsləri deyil, daha dərindir. Fransa prezidentinin mühafizə xidmətinin iştirak etdiyi korrupsiya faktı da bu kontekstdə təsadüfi deyil və əminliklə deyə bilərik ki, bunda birbaşa Makronun da qazancı olub. Əks təqdirdə, Azərbaycanın bu işlə bağlı rəsmi sorğularından yayınmazdılar”.

A.Nərimanlı qeyd edib ki, bu, Makronun adının hallandığı ilk korrupsiya qalmaqalı deyil:

“Makron 2014-2016-cı illərdə Fransa iqtisdiyyat naziri olanda rüşvət qarşılığında “Uber” taksi xidmətinin fəaliyyətinə lobbiçilik etmişdi. Fransa prezidentinin “McKinsey & Company” konsaltinq şirkəti ilə gizli sövdələşmələri də onun qaranlıq biznes əlaqələrinə malik olduğunu təsdiq edir. Bu baxımdan, mühafizə xidmətinin rəhbəri Aleksandre Benallanın məlum rüşvəti Makrondan xəbərsiz alması ehtimalı azdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: