Ermənistanın o ərazisi mühasirəyə düşəcək – Sərkisyan

“Azərbaycana verilməsi nəzərdə tutulan 4 kənddən keçən yolların əvəzlənməsi –  yeni yolların çəkilməsi ilə bağlı Tavuş qubernatoru Ayk Qalumyana müraciət etdim”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Oskan Sərkisyan yazıb.

O bildirib ki, aidiyyəti qurumdan 4 kəndin verilməsindən sonra İcevan-Noyemberyan və Ermənistan-Gürcüstan arasında nəqliyyat əlaqəsinin necə təmin ediləcəyini soruşub:

“Bir qədər sonra cavab gəldi ki, “hələ bununla bağlı qərar verilməyib”. Maraqlıdır, belə qərar yoxdur, amma martın 18-də Voskepar Mədəniyyət Evində Paşinyan deyib ki, burada tunel tikiləcək.

Lakin sərhəd zolağının həmin hissəsində yeni yolların çəkilməsi ilə bağlı heç bir qərar yoxdur. O halda 4 kəndin ərazisi Azərbaycana verildikdən sonra Voskeparın xarici aləmlə əlaqəsi itəcək. Bəs İcevan-Noyemberyan yolu necə olacaq? Həmin hissədən Gürcüstana nəqliyyat yolu keçə bilərmi?”

Əliyar Xəlil
Globalinfo.az