Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
General-mayor Ermənistanda bir neçə maddələrlə (“Sahibkarlıq fəaliyyətində qeyri-qanuni iştirak”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə”) axtarışa verilib.
Qeyd edək ki, Karapetyan 3 avqust 2021-ci ildən 15 noyabr 2021-ci ilə qədər bu vəzifəni icra edib.