qalyan

“Seçkiqabağı kampaniya dövründə siyasi çıxışlar, o cümlədən sərt tənqid, şişirtmə və təxribat xarakterli ifadələr Avropa İnsan Hüquqları Məhkəməsi standartlarına uyğun olaraq ifadə azadlığı ilə qorunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinə etirazla bağlı dinləmələrdə hakim Vətəndaş Müqaviləsi Partiyasının mövqeyini təqdim edib.

Nazir vurğulayıb ki, müxalifətin göstərdiyi pozuntular seçkilərin nəticələrinin ləğvi üçün əsas sayıla bilməz. Nazir həmçinin seçki ərəfəsində pensiyaların artırılması və digər sosial proqramların həyata keçirilməsinin inzibati resurslardan sui-istifadə kimi qiymətləndirilə bilməyəcəyini deyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: