Ermənistanda etirazçılar İrəvana gedən avtomobil yolunu bağlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanda bir neçə gündür ki, “Vətən uğrunda” hərəkatının təşkilatçılığı ilə etiraz aksiyaları keçirilir.
Onlara erməni arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir.
Aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az