Ermənistan-Qərb yaxınlaşmasına İranın reaksiyası… – Misakyan açıqladı

“İranı genişmiqyaslı münaqişəyə sürükləmək asan məsələ deyil. İndiki mərhələdə Ermənistanın Qərblə yaxınlaşmasına Tehrandan reaksiya gözləməyə dəyməz”.

Globalinfo.az xəbər verir ki, bunu şərqşünas Qarik Misakyan deyib.

“Əslində, Ermənistan-ABŞ-Aİ görüşünə reaksiya rəsmi media qurumları və analitiklər səviyyəsində sərgiləndi. Lakin hazırda rəsmi Tehrandan birbaşa reaksiya yoxdur. Hesab edirəm ki, indiki mərhələdə bunu gözləmək lazım deyil. İran rəsmiləri əvvəllər Ermənistanın Qərblə yaxınlaşmasına münasibət sərgiləyib. Onlar qeyd ediblər ki, regiondankənar qüvvələrin Cənubi Qafqaza gəlməsi İranın maraqlarına ziddir. Eyni mövqe Aİ-nin müşahidəçi missiyasına da aiddir. Xüsusilə, Aİ-nin müşahidə missiyasının hərbi missiyaya çevrilməsi fonunda İranın mənfi reaksiyası özünü daha qabarıq büruzə verəcək. Tehran Aİ-Ermənistan münasibətlərinin necə davam edəcəyini, yaxud anti-İran xarakterli olub-olmayacağını gözləyəcək”, – Misakyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az