“Ermənistan müxalifəti delimitasiyaya etiraz etmir, əksinə…” – Mamicanyan

“Sülh müqaviləsi Ermənistanın maraqlarını nəzərə almır”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

O bildirib ki, Ermənistan müxalifəti delimitasiya və demarkasiya prosesinə etiraz etmir. Əksinə, Ermənistanın sonda nə alacağını aydın başa düşmək istəyir.

“İrəvanın maraqları baxımından sülh müqaviləsi faydasızdır. Çünki o, ölkə üçün əsas məsələləri əks etdirmir”, – deyə Mamicanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az