Ermənistan MN-də dəyişiklik: daha bir neçə təyinat oldu

Hamlet Levonyan sülhməramlı qüvvələrin briqadasının komandiri təyin edilib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında imzalayıb.

Eyni zamanda Karen Qriqoryan Baş Qərargah rəisinin müavini, Temur Şahnazaryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəis müavini, David Aleksanyan Baş Qərargahın Döyüş Hazırlığı İdarəsinin rəisi, Armen Seyranyan Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bu gün general-mayor Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna rəhbər təyin edilib. Həmçinin V.Sərkisyan adına Hərbi Akademiyanın rəisi, polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib.

Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Kamo Koçuntsu isə vəzifəsindən azad edilib.