Xacikyan

“Ermənistan hakimiyyəti Rusiya və KTMT ilə münasibətlərə zərər vurur”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan danışıb.

O qeyd edib ki, buna baxmayaraq ölkə hələ də Rusiya və KTMT-yə alternativlər yarada bilməyib.

“Ermənistanın xarici siyasəti ayrı-ayrı siyasətçilərin baxış və emosiyalarının girovuna çevrilib. Vaşinqtonla birgə təlimlərin keçirilməsinə geniş müstəvidə baxmaq lazımdır. ABŞ Qarabağ (separatçı rejim – red.) və Ermənistanın əhalisinin təhlükəsizliyinə zəmanət verməyə hazırdırmı? İrəvan geosiyasi dönüş etmək istəyir, ancaq ABŞ və ya Avropa İttifaqı hərbi yardım göstərməyə hazır deyil. Vaşinqton Azərbaycanda strateji maraqları olduğunu bəyan edir, Avropa liderləri Azərbaycanı özlərinin etibarlı tərəfdaşı adlandırırlar”, – A.Xaçikyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: