Ermənistan Avropa İttifaqı üçün dəyərli deyil – Zatulin

“Avropa İttifaqı tərəfindən İrəvana dəvətin göndərilməsi Ermənistanın özünün dəyəri ilə bağlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Aİ-nin Ermənistanla bağlı qətnaməsini şərh edərkən deyib.

“Bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlük məsələsinə və ittifaq çərçivəsində İrəvanın iştirakı ilə bağlanmış sazişlərə yenidən baxılmasını tələb edəcək. Rusiyanı bir dövlət kimi çökdürmək üçün Ukrayna ilə bağlı qətnamə qəbul edən Avropa Parlamentinin üzvləri indi də ittifaqa Ermənistanı dəvət edirlər. Çünki onlar Rusiyaya düşmən kimi baxırlar. Lakin bu dəvət Ermənistanın özünün Avropa İttifaqı üçün dəyərli olması ilə bağlı deyil. Avropa İttifaqı sadəcə olaraq Ermənistanı Qərbə yönəltmək üçün Paşinyan hakimiyyətinin davranışından istifadə edir. Paşinyan isə Avropa Parlamentinin oyununun oyunçusuna çevrilib”.

Zatulinin sözlərinə görə, Aİ Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir.

“Onlar Ermənistanın Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda özlərini reklam edirlər. Qərb indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Paşinyan hakimiyyətinin davranışlarından faydalanmağa çalışır”, – Zatulin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az