
Əfqanıstan Hərbi Hava Qüvvələri yenidən Pakistan ərazisindəki hərbi obyektlərə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Naziliyi məlumat yayıb.
Hücumlar zamanı Ravalpindidəki “Nurxan” bazası, Bəlucistan əyalətində 12-ci ordu korpusunun qərargahı və Hayber-Paxtunxva əyalətinin Mohmənd rayonu hədəfə alınıb.
Safura Bənnayeva
Globalinfo.az