2019-cu illə müqayisədə Sünik (Zəngəzur – red.) əhalisi 15% azalıb.
Globalinfo.az xəbər verir ki, bunu “Aprelu Yerkir” partiyasının həmtəsisçisi, Ermənistanın keçmiş əmək və sosial məsələlər üzrə nazir Mesrop Arakelyan yazıb.
O bildirib ki, Geqarkunik əhalisi 6%, Tavuş əhalisi isə 4% azalıb.
“Ümumilikdə sözügedən vilayətləri 40 mindən çox insan tərk edib”, – keçmiş nazir qeyd edib.
Arakelyan həmçinin Qarabağı tərk etmiş ermənilərin bir qisminin Ermənistandan da getdiyini, bu köçün ölkə üçün ağrılı nəticələri olacağını vurğulayıb.
Bunu da oxuya bilərsiniz: Əhalinin nəzərinə: Yüksək pensiya almaq üçün… – AÇIQLAMA / VİDEO
Əliyar Xəlil
Globalinfo.az