Ermənilər öz döyüş mövqelərinə hücum etdilər – VİDEO

Ermənistanın Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşən Tavuş vilayətində sakinlər öz ordularının döyüş mövqelərinə hücum etməyə çalışıblar. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb.

Kəndlərin minalardan təmizlənməsi prosesinin qarşısını almağa çalışan bir qrup şəxsin erməni ordusunun mövqelərinə doğru qaçdığını əks etdirən görüntülər paylaşılıb.

Onların birbaşa döyüş mövqelərinə irəliləməyə çalışdığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az