“Orta və uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının mövcud strukturla gələcəyi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iqtisadçı Atom Marqaryan deyib.
O bildirib ki, Ermənistan hökuməti qısamüddətli qərarlar verir:
“Bizim situasiyamız ekstremal idi. Buna müharibə, müharibədən sonrakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin təzyiqləri şərait yaratmışdı. Bu şəraitdə Paşinyan kabinetinə balansı saxlamaq çətindir. Ona görə də mən deyirəm ki, hazırda situasiya hansısa mənada defoltdan öncəki dönəmi xatırladır. İqtisadi artım çox gözlənilmədən tənəzzüllə əvəzlənə bilər. 2008-2009-cu illərdə, eləcə COVİD dönəmində belə olmuşdu”, – o bildirib.
Ekspert həmçinin məşhur iqtisadçı Daron Əcəmoğlunun zamanında Ermənistan iqtisadiyyatının xilası üçün ölkəyə gəlməməsini bununla əlaqələndirib. O deyib ki, Əcəmoğlu dürüst danışırdı, çünki ölkəni düşdüyü çuxurdan çıxarmağın çətin olduğunu bilirdi.
Əliyar Xəlil
Globalinfo.az