ermeni koc

Ermənilər Zəngəzur bölgəsini kütləvi şəkildə tərk edir.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri Ermənistan Statistika Komitəsinə istinadən Zəngəzur bölgəsindəki əhalinin sayının sürətlə azaldığını yazır.

“Statistik məlumatlara görə, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Sünik (Zəngəzur) bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir”, – nəşr yazır.

Nəşr qeyd edir ki, ermənilər sərhəd bölgələrini sürətlə tərk edirlər.

Paylaş: