1716029982 msg1185176306 61577

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiya olunmuş hissəsində mövqe tutublar.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Hörmətli vətəndaşlar, bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş rayonunun Berkaber kəndi boyunca 1,9 km, Voskepar və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda olan dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb” – Paşinyan deyib.

Paylaş: