Daha iki erməni hərbçi yaralandı

Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.