4 erməni hərbçisi öldü, yaralılar var – FOTO

Yaralı hərbçilərdən birinin vəziyyəti son dərəcə ağır, digərləri ağır, orta və yüngül qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

***

Ermənistanda hərbçiləri daşıyan “Ural” markalı avtomobil Meğri rayonu istiqamətində dərəyə aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil naməlum şəraitdə yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 4 erməni hərbçisi ölüb, 20 nəfərin yaralandığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az