“İraq Kürdüstanının Baş naziri Məsrur Bərzaninin ofisinə edilən hücum Tehranla Ərbil arasında nifaq salmaq məqsədi daşıyır, kürdlər təxribata uymamalıdırlar”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Kürd dostlarımız ayıq olmalı və qonşular arasında nifaq salmağa yönəlmiş təxribatlara uymamalıdırlar”, – Əraqçi bildirib.
O, Tehranın bu hücum görə təəccübləndiyini və Bərzaninin ofisinin vurulmasının arxasında İranın olmadığını bildirib.
Qeyd edək ki, daha əvvəl İraq məsələ ilə bağlı İrandan izahat tələb etmişdi.
Əliyar Xəlil
Globalinfo.az