Əliyevin Berlin gedişi: Prezident Avropaya şah çəkdi – “qaralar” mat vəziyyətində

Aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Ölkə başçısı fevralda da Almaniyaya səfər etmiş, orda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Bu dəfə də belə görüş olacaqmı? Almaniya təşəbbüsü götürürmü? Brüssel masası Berlin masası ilə əvəz olunur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, 5 aprel Brüssel görüşü və ondan sonrakı konfrans Azərbaycanın eyni adlı platformaya münasibətini yumşaq formada desək dəyişdirdi:

“Rəsmi Bakı anladı ki, Brüssel görüşü əslində Paris görüşündən başqa bir şey deyil. Həm Mişel, həm də Blinken Makronun tütəyinin melodiyası altında rəqs edir, yəni onun dediklərini edir. Belə olan surətdə həm Azərbaycan, həm də Cənubi Qafqaz regionunun digər dövlətləri bu görüşün heç də regionda sülh və əmin-almanlıq gətirməyəcəyini anladı. Amma artıq mexanizm işə düşmüşdü və konfrans təşkilatçıları Ermənistana iqtisadi sahədə yardım etməkdən başqa niyyətləri olmadığını sübut etməyə çalışırdı.

Əlimusa İbrahimov

Azərbaycanı buna inandırmaq mümkün olmadı. Ciddi mənbələr görüş və konfransda Ermənistana verilən vədlərin siyahısını təqdim edərək Aİ və ABŞ-ın İrəvana verdiyi vədləri ifşa etdi. İndi isə 5 aprel görüşünün təşkilatçıları ifşa olunduqlarını hiss edərək təkzib verməklə məşğuldurlar. Belə vəziyyətdə politoloqlar Azərbaycanın Brüssel formatından imtina etməsi barədə qərar qəbul etməsi barədə məlumatın olmadığın əsas götürürlər.

Heç şübhəsiz, Azərbaycan Brüssel görüşünü əvəz edə biləcək platforma axtarışındadır və bu istiqamətdə müzakirələr aparılır”.

Politoloq deyib ki, təbii ki, bu məsələlər üzərində məsləhətləşmələr davam edir və Azərbaycan vaxtı çatanda yeni platformanın yaranması barədə bəyanat verəcək:

“Və ya Almaniya kanslerinin təşəbbüsü ilə bir neçə görüş keçirildikdən sonra belə platformanın artıq mövcudluğu ortaya qoyulacaq. Hələlik isə Şoltsun Makron və Mişelin təsirindən uzaqlaşması üçün dəlillər toplanır.

Brüssel platformasının digər istənilən platforma ilə əvəz olunması Makron-Mişel-Blinken təşəbbüslərinin də iflasa uğraması Paşinyanın yenə də tək qalması anlamına gələcək ki, bu da növbəti dəfə Prezident İlham Əliyevin siyasətin şahmat taxtası arxasında ən böyük qrossmeyster olduğunu bir daha sübut edəcək”.

Turan Rzayev
Globalinfo.az