692b4085a905b692b4085a905c1764442245692b4085a9059692b4085a905a

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindirilirlər.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün hər iki şəxsin evində axtarış aparılıb.

Axtarışdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilməsi Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Paylaş: