Əmirbəyov dedi, İrəvan bu məlumatı sildi – Erməni KİV

“Ermənistan Xarici İşlər Nazirliyinin saytında “Dağlıq Qarabağ problemi” bölməsi Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fevralın 9-da “Azadlıq” radiosuna verdiyi müsahibədə dediyi sözlərə görə silinib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV çıxış edib.

Bildirilib ki, E.Əmirbəyovun müsahibədə səsləndirdiyi fikirlər İrəvan hakimiyyətinə xəbərdarlıq olub və nəticədə XİN-in saytında sözügedən bölmə silinib.

Qeyd edək ki, Elçin Əmirbəyovun “Azadlıq” radiosuna verdiyi müsahibədə dediyi bu fikirlərin diqqətə alındığı iddia edilir:

Sitat:

“Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir”.

Ayşən Mustafa
Globalinfo.az