Dövlət Departamenti: Rusiya rəhbərliyində Ukraynaya yeni hücumla bağlı ziddiyyətli mövqelər var

Rusiya rəhbərliyində Ukraynaya yeni genişmiqyaslı hücuma keçməklə bağlı ziddiyyətli mövqelər var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbər vəzifəli nümayəndələrindən biri anonimlik şərti ilə jurnalistlərə açıqlamasında bildirib:

“Düşünürəm ki, Rusiya rəhbərliyində Ukraynaya hücumun davam etdirilməsini istəyirlər. Bəzilərində isə Rusiyanın bunu həqiqətən də edə biləcəyinə dair real sualları var”.

Həmin şəxs qeyd edib ki, Rusiya maddi texniki təminatla bağlı bir sıra problemlərlə üzləşib və sahib olduğu silah-sursat miqdarı bu ölkə rəhbərliyinin istəklərini məhdudlaşdırır.

Dövlət Departamentinin rəsmisi istənilən ssenaridə ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyini qeyd edib.

Xatırladaq ki, Ukrayna ordusunun Baş Qərargah rəisi Valeri Zalujnı “The Economist”ə açıqlamasında Rusiyanın yazda 200 minlik yeni qoşunla şərqdən və ya Belarus ərazisindən hücuma keçməyi planlaşdırdığını deyib.