Diqqət! Bu gün üç rayonda qaz olmayacaq

Saatlı, İmişli və Sabirabadda qazın verilişi müəqqəti dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı bu gün saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – deyə məlumatda qeyd olunub.