Səlim Müslümovun səhhətində problem yarandı, məhkəmə təxirə salındı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi sabiq nazirin kəskin respirator xəstəliyinə yoluxduğu üçün təxirə salınıb.

Növbəti proses 20 noyabra təxirə salınıb.