Diplomatik korpus nümayəndələrinin Ağdamda – YENİLƏNİB

agdam

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Ağdamda Muğam mərkəzini ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, qonaqlar Azərbaycanın mədəni irsi olan muğamla tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyətinə həmçinin müxtəlif konsertlərin keçiriləcəyi mərkəz haqqında məlumat verilib.

***

Diplomatik korpus nümayəndələrinin Şuşadan sonra Ağdama səfəri başlayıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, diplomatlar Ağdam şəhəri ilə tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycanda akkreditasiyadan keçmiş yüzə yaxın diplomat dünən Laçın rayonunda səfərdə olmuşdu.