Ermənilər bir gün Türkiyə bayrağına baxdılar – SƏBƏB

Ermənistanda 5-ci sinif dərsliyinin yer aldığı sayt türk hakerlər tərəfindən ələ keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Qeyd olunub ki, izləyicilər sayta daxil olduqda ekranda Türkiyə bayraqları görüblər. Bayraqlar təxminən bir gün müddətində saytın əsas səhifəsində qalıb.

Sayt rəhbərliyi yaranmış problemə görə portalın fəaliyyətini müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıb.

Qeyd edək ki, Ermənistan dərsliklərində Azərbaycan və Türkiyəyə ərazi iddiaları yer alır.

Ayşən Mustafa
Globalinfo.az