Dəhşətli qəza: Sürücü yanaraq öldü – FOTO / VİDEO

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun altıncı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb və avtomobil alışıraq yanıb.

Nəticədə o, hadisə yerində həyatını itirib.

Araşdırma aparılır.