Qəbələdə ağır yol qəzası: ölən və yaralanan var – YENİLƏNİB

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin kimliyi bilinib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində VAZ-2107 markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində VAZ-2107 avtomobilindəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəbələdə ağır avtomobil qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus “VAZ-2107” markalı avtomobillə toqquşub.

“Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Zeynalov Hacıalı Comərd oğlunun idarə etdiyi məlum olub. “VAZ-2107”də isə Ağdaş rayonunun sakinləri olublar.

İlkin məlumata əsasən qəza nəticəsində “VAZ-2107”də olan Ağdaş rayon sakini dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.