Damcılı bulağında nadir təbiət hadisəsi – FOTOLAR

17447281803837723936 1200x630

Bir neçə gündür qərb bölgəsində, o cümlədən Qazaxda müşahidə olunan güclü yağışlar nəticəsində Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Damcılı bulağında maraqlı təbiət hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da füsunkar şəlalənin yaranmasına səbəb olub.

Bu nadir təbiət hadisəsi Damcılı bulağında ildə bir dəfə, yaz aylarında baş verir.

17447281802590817868 1200x630 17447281806531852194 1200x630