vuqar memmedov

“Hürriyyət“ qəzeti Vüqar Məmmədovun saxlanılması barədə məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, redaksiyadan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, əməliyyat oktyabrın 29-da keçirilib.

“Hurriyyet TV”nin ofisində və Vüqar Məmmədovun Nizami rayonunda kirayə yaşadığı mənzilində axtarış aparılıb.

X X X

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

***

“Hürriyyət”in redaksiyasında əməliyyatın keçirildiyi təsdiqlənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Lent.az-a bildirilib ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.

***12:12

Hüquq-müfahizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.

Globalinfo.az bildirir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin “Hurriyyet TV”-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Paylaş: