Bakıda “İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya” üzrə COP29 yüksəksəviyyəli görüş keçirilir.
Globalinfo.az xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, elm və təhsil naziri Emin Əmrullayev, səhiyyə naziri Teymur Musayev və müavini Nadir Zeynalov, UNICEF-in Tərəfdaşlıqlar üzrə icraçı direktorunun müavini Kitti Van der Heyden və bir neçə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə iqlim dəyişikliyi və onun insan inkişafına təsirlərinin yaratdığı mürəkkəb problemlərin həllinə təcili ehtiyac olduğu qeyd edilib.
Zaira Akifqızı
Globalinfo.az