“Mercedes”, “BMW”, “Jaguar” və “Land Rover” kimi Avropa markaları elektrikli avtomobillərə keçidin yollarını axtararkən, Çin istehsalçıları həm performans, həm də qiymət baxımından önə çıxır”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.
Onun sözlərinə görə, “Xpeng GX” xarici görünüşünə görə demək olar ki, “Range Rover”in eynisidir:
“Altı yerlik SUV olan model 2026-cı ildə, ötən aydan etibarən seriya istehsalına buraxılıb. “GX”in uzunluğu 5,2 metrdir və bu göstərici “Range Rover”dən də çoxdur.
Avtomobil “Bosch”un yeni nəsil elektron idarəetmə sistemi ilə təchiz edilib. Sistem sayəsində təkərlərlə birbaşa mexaniki əlaqə yoxdur və avtomobil 4-cü səviyyə avtonom idarəetməyə hazırdır. Modelin yürüş məsafəsi isə 1000 kilometrə çatır. Orta qiyməti 65 min dollar ( 110,50 AZN) təşkil edir. Bu isə “Range Rover”dən təxminən 150 min dollar (255 000 manat ) daha ucuzdur.
Digər rəqib isə “BYD”nin bu ay satışa çıxardığı “Fangcheng Tai 7” modelidir. 515 kilovat gücə malik iki mühərrikli avtomobil 30 min dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Rəqabətin miqyasına baxın! Sürətli şarj texnologiyası sayəsində avtomobilin batareyasını da qısa müddətdə doldurmaq mümkündür.
“Chery”nin “JACU 7” modeli də “Range Rover”i xatırladan dizayna malikdir: eyni tipli künclü radiator barmaqlığı, gizlədilmiş qapı tutacaqları və oxşar xarici görünüş.
Model son yeddi ay ərzində təkcə İngiltərədə 10 mindən çox satılıb. Üstəlik, “Range Rover”in qiymətinin demək olar ki, yarısına…
“Geely EMix 5″ də hazırda böyük maraq görən modellərdən biridir. Model artıq 35 ölkədə ən çox satılan maşınlardandır. Masaj edən oturacaqları var. Bu maşın 15 min dollardan satılır”.
Bloger qeyd edib ki, klassik avtomobil markaları yeni rəqabətə uyğunlaşa bilməsələr, Çin bir neçə il ərzində dünya bazarında liderliyi ələ keçirə bilər.
Safura Bənnayeva
Globalinfo.az