CHP-dən səsvermənin nəticəsi haqda gözlənilməz AÇIQLAMA

“Heç kim suyu bulandırmasın. Bizdəki nəticəyə görə, gərgin mübarizə davam edir, səs faizləri bir-birinə çox yaxındır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri CHP-nin sözçüsü Faik Öztrak deyib.

“Hər iki seçicidən birinin səsini qazanmışıq”, – o bildirib.

Qeyd edək ki, son nəticələrə görə, Prezident R.T.Ərdoğan bir neçə faiz səslə irəlidədir.