Çexiyada atışma: ölənlər arasında azərbaycanlı var? – Rəsmi

“Çexiyada universitetdə atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, ötən gün Çexiyanın Çarlz Universitetindəki atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.